Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Milli Müəllim Konqresi keçirildi – müəllimlərin inkişafı və təhsildə yeniliklər müzakirə olundu
MANŞETÖZƏL

Milli Müəllim Konqresi keçirildi – müəllimlərin inkişafı və təhsildə yeniliklər müzakirə olundu

20 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Bakı şəhərində Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) təşkilatçılığı ilə Milli Müəllim Konqresi keçirilib. Tədbirin əsas məqsədi müəllimlərin peşəkar inkişafına dəstək vermək, təhsildə aktual mövzuları müzakirə etmək və təcrübə mübadiləsi üçün platforma yaratmaq olub.

Konqresdə müxtəlif bölgələrdən müəllimlər, təhsil ictimaiyyətinin nümayəndələri və ekspertlər iştirak ediblər.

Tədbirin açılışında çıxış edən TİHA sədri Əmrah Həsənli müəllimlərin cəmiyyətdəki rolunun vacibliyindən bəhs edərək bu kimi platformaların davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, müəllimlərin inkişafı təhsilin keyfiyyətinin artırılmasında əsas amillərdən biridir.

Konqresdə millət vəkili Ceyhun Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru Aynur Paşayeva, Ufuk Universitetinin nümayəndəsi professor Erginekon Savrun və təlimçi-metodist Aysel Arastunqızı çıxış ediblər. Onlar təhsildə müasir yanaşmalar, müəllimlərin peşəkar inkişafı və mövcud çağırışlarla bağlı fikirlərini bölüşüblər.

Çıxışlarda qeyd olunub ki, müasir dövrdə müəllim yalnız bilik ötürən deyil, eyni zamanda istiqamət verən, motivasiya edən və dəyişimi idarə edən əsas fiqurdur. Bu baxımdan belə konqreslərin təşkili müəllimlər arasında əməkdaşlığın gücləndirilməsi və yeni yanaşmaların tətbiqi üçün xüsusi əhəmiyyət daşıyır.

Konqres çərçivəsində iştirakçılar üçün şəbəkələşmə (networking) imkanları yaradılıb, müxtəlif mövzular üzrə müzakirələr aparılıb və gələcək əməkdaşlıq perspektivləri dəyərləndirilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Milli Müəllim Konqresinin əsas ideyası “Qərar verən müəllim dəyişir” konsepsiyasına əsaslanır və bu platformanın gələcəkdə də davamlı şəkildə keçirilməsi planlaşdırılır.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İslam Abbasov və Beka Kandelaki Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb

Next

Əraqçi: ABŞ Fars körfəzindəki vəziyyətin həllinə ciddi yanaşmır

Copyright 2026— Praqraf.com. All rights reserved