Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur
MANŞET

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur

20 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir.

Paraqraf.com xəbər verir ki, IDEA İctimai Birliyi, ADA Universiteti və Sosial Xidmətlər Agentliyinin birgə tərəfdaşlığı ilə icra olunan proqram sosial xidmət müəssisələrində yaşayan uşaqların sosial və emosional bacarıqlarının inkişafına dəstək verir.

Proqramın icrasına ötən aydan etibarən başlanılıb və hazırda uğurla davam etdirilir.

Proqram çərçivəsində 1, 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar üçün həftəlik təlim sessiyaları təşkil olunur. Sessiyalarda 100-dən çox uşaq iştirak edir. Təlimlər zamanı iştirakçıların ünsiyyət, özünüifadə, emosiyaların idarə olunması, komanda işi və qarşılıqlı əməkdaşlıq bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.

Proqram çərçivəsində təşkil olunan təlimlər ADA Universitetinin tələbələri tərəfindən həyata keçirilir. Təlim prosesinin effektivliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə universitetin müəllim heyəti tərəfindən iştirakçılara mütəmadi metodiki dəstək göstərilir, sessiyaların məzmunu və yanaşmaları üzrə müvafiq istiqamətləndirmə aparılır.

Təşəbbüsün əsas məqsədi sosial xidmət müəssisələrində yaşayan uşaqların sosial-emosional inkişafını dəstəkləmək, onların özünəinamını gücləndirmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək və cəmiyyətə daha fəal inteqrasiyasına töhfə verməkdir.


Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda avtomobillə motosiklet toqquşub, ölən var

Next

AQTA: Ötən ay 263 məktəbdə ciddi sanitar pozuntular aşkarlanıb

Copyright 2026— Praqraf.com. All rights reserved