Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 20
  • Avropa çempionatında üçüncü olan Aydın Süleymanlı: “Heç kim bilərəkdən uduzan deyil”

Avropa çempionatında üçüncü olan Aydın Süleymanlı: “Heç kim bilərəkdən uduzan deyil”

admin 20 Aprel 2026 2 minutes read
IMG_5788
PAYLAŞIN:

Şahmat üzrə şəxsi Avropa çempionatında heç kim bilərəkdən uduzmaq niyyətində deyil.

Bu barədə Paraqraf.com-a Azərbaycan şahmatçısı Aydın Süleymanlı açıqlama verib.

Polşanın Katovitse şəhərində keçirilmiş qitə birinciliyində üçüncü yeri tutan 21 yaşlı qrossmeyster çempionluğu son turda əldən verməsinə toxunub:

“Birinci yeri tutmağa yaxın idim. Bunun üçün son turda Məhəmməd Muradlıya qalib gəlməli idim. Amma mümkün olmadı. Görüş heç-heçə bitdi. Təbii ki, hansımızsa qalib gəlsəydik, daha yaxşı olardı. Amma belə alındı. Son turdan əvvəl Məhəmmədlə aramızda söhbət olmamışdı. Belə şeylər qəbulolunmazdır. Biz onunla çox yaxın dostuq. Amma yarışda hamı qalib gəlmək istəyir. Heç kim bilərəkdən uduzan deyil. Düşünürəm ki, belə də olmalıdır. Əvvəlcədən danışıb razılaşmaq qayda pozuntusudur”.

Şahmatçı Avropa çempionatının onlar üçün yaxşı keçdiyini sözlərinə əlavə edib:

“Azərbaycanın kişi şahmatçısı son dəfə 2005-ci ildə şəxsi Avropa çempionatında medal qazanmışdı. İndi iki mükafat oldu. Məhəmməd Muradlı da medal qazanmağa yaxın idi. Məncə, turnir pis keçmədi. Bütün azərbaycanlı şahmatçılar yaxşı çıxış etdilər”.

Azərbaycan millisinin üzvü 2027-ci ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanmasına da toxunub:

“Hələlik bu barədə çox düşünmürəm. Dünya Kuboku İddiaçılar Turnirinə vəsiqə verəcək. Yarışa hələ çox var. Amma yaxşı çıxış etmək niyyətindəyəm. Orada da özümü yaxşı tərəfdən göstərmək üçün çox çalışmalıyam”.

Xatırladaq ki, Azərbaycan təmsilçilərindən Nicat Abasov şəxsi Avropa çempionatında gümüş, Aydın Süleymanlı bürünc medal qazanıb. Ukraynalı Roman Deqityarov qızıl mükafata sahib çıxıb.

Paraqraf.com

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanda ötən il pambıqçılara 1 milyon manat sığorta ödənişi verilib
Next: Azərbaycanın U-17 millisinin UEFA İnkişaf Turniri üçün ilkin heyəti bəlli olub

OXŞAR MÖVZULAR

9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

admin 23 Aprel 2026
7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

admin 23 Aprel 2026
R5giG9INK8EIvsrSfR8CnJdNTaaASlN5IXWrkn9s_1200

Nəbi İsgəndərov Dünya Kubokunda növbəti qələbəsini qazanıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.