Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Hindistanda elektrik stansiyasında baş verən partlayışda ölənlərin sayı 24-ə çatıb
DÜNYA

Hindistanda elektrik stansiyasında baş verən partlayışda ölənlərin sayı 24-ə çatıb

19 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Hindistanın Çhattisqarh ştatındakı “Vedanta” elektrik stansiyasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Paraqraf.com xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Qeyd edək ki, partlayış aprelin 14-də Sinqhitaray kəndindəki “Vedanta Ltd.” elektrik stansiyasında, buxarın qazandan turbinə yüksək təzyiq altında ötürüldüyü polad boruda baş verib. İlk gün 10 nəfər ölüb, onlarla insan ağır yanıq xəsarətləri və yaralar alaraq xəstəxanaya yerləşdirilib. Sonradan xəsarət alanlardan 14-ü xəstəxanalarda dünyasını dəyişib.

Rəsmi şəxslərin məlumatına görə, 10 nəfərədək insan müxtəlif xəstəxanalarda müalicə alır, onlardan üçünün vəziyyəti ağırdır.

Polis “Vedanta Group”un direktorlar şurasının sədri Anil Aqarval və zavodun direktoru Devendra Patel də daxil olmaqla, səkkiz-on nəfərə qarşı ehtiyatsızlıqdan adam öldürmə və səhlənkarlıqla bağlı maddələr üzrə cinayət işi açıb.

Ekspertizanın nəticələri göstərib ki, partlayış yanacağın həddindən artıq toplanması və ardınca təzyiqin yüksəlməsi səbəbindən baş verib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev 1/4 finala yüksəlib

Next

Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var

Copyright 2026— Praqraf.com. All rights reserved