Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib
SİYASƏT

Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib

18 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində aprelin 18-də “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı panel iclas təşkil olunub.

Paraqraf.com xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Əvvəlcə qonaqlar Afrika Mədəniyyət Evinin stendi ilə tanış olublar.

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında keçirilən tədbir Fələstinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edənlər müharibənin təsirlərinə məruz qalan uşaqlar üçün təhlükəsiz təhsil mühitinin bərpası, dəstək mexanizmlərinin gücləndirilməsi və təhsildə davamlılığın təmin edilməsinin regionun gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək, tədbirdə veriləcək mesajların dünyanın müxtəlif bölgələrində baş verən müharibələrin qurbanı olan uşaqlar üçün yeni bir həyatın ümid işığı olacağına əminliyini vurğulayıb.

O, uşaqların və gənclərin bir millətin ümidi və sabahı olduğunu deyərək, zorakılığı təşviq edən ən xırda amillə belə qətiyyətlə mübarizə aparmağın mühüm roluna toxunub.

Sonra xatirə şəkili çəkdirilib.

Daha sonra tədbir iştirakçıları Fələstində münaqişə nəticəsində təhsil sisteminin məhv edilməsinə həsr olunan sərgiyə baxıblar.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib

Next

Ceyhun Bayramov əlcəzairli həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved