Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Cabir İmanovun atası yubileyini belə qeyd etdi – FOTO
CƏMİYYƏT

Cabir İmanovun atası yubileyini belə qeyd etdi – FOTO

18 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Sosial iqtisadi proseslərin qeyri-səlis modernləşdirilməsi laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun 85 illik yubileyinə həsr olunmuş “İqtisad elminin inkişafında müasir texnologiyaların istifadə problemləri” mövzusunda elmi sesssiya keçirilib.

Paraqraf.com xəbər verir ki, əvvəlcə iştirakçılar AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Yubiley tədbirini giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iqtisadçı-alim Qorxmaz İmanovun şərəfli və məhsuldar ömür yolu keçdiyini vurğulayıb. Qeyd edib ki, o, hələ Sovet hakimiyyəti dövründə yeni təfəkkürə malik iqtisadçı alim kimi formalaşaraq elmi ictimaiyyət tərəfindən tanınıb.

Sonra Azərbaycan İqtisadçılar İttifaqının sədri, deputat, akademik Ziyad Səmədzadə tədbirdə akademik Əli Abbasov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin biznesin idarə olunması BBA proqramlarının rəhbəri, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, AR Auditorlar Palatasının sədri professor Vahid Novruzov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru professor Vüsal Qasımlı və UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Yadulla Həsənli alimi yubileyi münasibətilə təbrik edib, onun çoxşaxəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıblar. Bildirilib ki, Qorxmaz İmanov respublikamızın elmi ictimaiyyəti arasında tanınmış iqtisadçı alim, nüfuzlu və bacarıqlı təşkilatçı, elmi-nəzəri və təcrübi əhəmiyyətə malik ideyaların daşıyıcısı kimi böyük hörmətə malikdir.

Qeyd edək ki, Q.İmanov 1941-ci il aprelin 17-də Bakıda anadan olub.

O, Əməkdar artistlər Cabir və Tahir İmanovun atasıdır. Cabir İmanov 2025-ci il sentyabrın 29-da qəfil ürəktutmasından vəfat edib.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Zəngibasar rayon icmasının təşkilatçılığı ilə “Uzun ömrün şərəfli səhifəsi” adlı tədbir keçirilib

Next

Bakı Ermənistanı “iqtisadi reanimasiya”dan çıxarır: İrəvan Azərbaycanın iqtisadi potensialına göz dikib

Copyright 2026— Praqraf.com. All rights reserved