Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanda istehlak bazarı I rübdə 5 %-ə yaxın böyüyüb
İQTİSADİYYAT

Azərbaycanda istehlak bazarı I rübdə 5 %-ə yaxın böyüyüb

18 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 20,4 milyard manat olub.

Paraqraf.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.

Hesabat dövründə ümumi dəyərin 78,1 %-ni pərakəndə ticarət dövriyyəsi, 18,8 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin birinci rübünə nisbətən 4,3 % artaraq 19,5 milyard manat olub, onun 43,8 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Yanvar-mart aylarında bir istehlakçı orta hesabla ayda 662,1 manat və yaxud illik müqayisədə nominal ifadədə 59,8 manat çox vəsait xərcləyib.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

FAO və ADB-nin dəstəyi ilə Azərbaycanda I Beynəlxalq GreenEco forumu keçiriləcək

Next

ADY Şimal-Cənub dəhlizində irimiqyaslı modernləşdirilmə layihəsinə başlayır

Copyright 2026— Praqraf.com. All rights reserved