Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin ticarətinə icazə müddətini uzadıb
DÜNYA

ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin ticarətinə icazə müddətini uzadıb

18 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ aprelin 17-dək tankerlərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatlar üçün icazə müddətini 16 maya qədər uzadıb.

Paraqraf.com-un məlumatına görə, müvafiq müddəa 17 apreldə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında yerləşdirilən ümumi lisenziyada yer alıb.

Sənəddə ABŞ Maliyyə Nazirliyinin blok sanksiyalarına məruz qalan gəmilər də daxil olmaqla, istənilən gəmiyə yüklənmiş Rusiya mənşəli xam neft və ya neft məhsullarının satışı, çatdırılması və ya boşaldılması ilə bağlı əməliyyatlar 17 aprel 2026-cı il tarixində şərq yay vaxtı ilə saat 00:01-ə (Bakı vaxtı ilə saat 08:01) qədər qeyd olunur. Bu cür əməliyyatlara 16 may 2026-cı ildə şərq sahili vaxtı ilə saat 00:01-ə (Bakı vaxtı ilə saat 08:01) qədər icazə verilir.

Lisenziyada xüsusilə qeyd olunur ki, bu, Rusiya Federasiyası tərəfindən ilhaq edilmiş Krım, qondarma “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası” (LXR), eləcə də İran, Kuba və Şimali Koreya ilə bağlı əməliyyatlara şamil edilmir. Sənədə əsasən, yeni ümumi lisenziya ABŞ Maliyyə Nazriliyi tərəfindən 19 martda verilmiş və 11 apreldə müddəti bitmiş əvvəlki oxşar lisenziyanı tamamilə əvəz edir.

Martın 12-də ABŞ-nin Maliyyə Nazirliyi həmin tarixdən əvvəl Rusiyadan gəmilərə yüklənmiş neft və neft məhsullarının satışına tətbiq edilən sanksiya məhdudiyyətlərini qaldırıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan-Yəmən münasibətlərinin gücləndirilməsi müzakirə olunub

Next

Paşinyan: Ermənistan və Rusiya hərbi-texniki əməkdaşlığı davam etdirəcək

Copyright 2026— Praqraf.com. All rights reserved