Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Komitə olmayan dövlətlərin adını rəsmi bülletenlərə necə salır? – Fotofakt
CƏMİYYƏT

Komitə olmayan dövlətlərin adını rəsmi bülletenlərə necə salır? – Fotofakt

17 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistik bülletenlərdə Esvatini Krallığının adı Svazilend olaraq qeyd olunur. 


Paraqraf.com xəbər verir ki, Esvatini uzun müddət Britaniya protektoratı altında olub və 1968-ci ildə müstəqilliyini elan edib.

Müstəqillikdən sonra ölkənin adı Svazilend olub. Lakin 2018-ci ildə Kral III Msvatinin qərarı ilə ölkənin adı Esvatini olub.

Maraqlıdır ki, 8 ildir ölkənin adı dəyişsə də, Dövlət Statistika Komitəsi hələ də rəsmi bülletenlərdə dünya xəritəsində olmayan ölkə adından istifadə edir.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqladığı məlumatda Azərbaycan ilə Esvatini Krallığı arasında diplomatik münasibətlərin 7 yanvar 2010-cu il tarixində qurulduğu göstərilib.

Onu da qeyd edək ki, Afrika qitəsinin cənubunda yerləşən bu ölkənin ərazisi təxminən 17,4 min kv. kilometr, əhalisi isə təxminən 1,3 milyon nəfərdir.
Azərbaycan ilə Esvatini Krallığı arasında 16 illik diplomatik münasibətlər olsa da, ticarət əlaqələri inkişaf etməyib. Bu ilin ilk 2 ayında Azərbaycana Esvatini Krallığından təxminən 10 kiloqram bolt və qaykalar gətirilib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsi təkcə Esvatinini Svazilend kimi deyil, eyni zamanda Efiopiya Federativ Demokratik Respublikasını rəsmi bülletenlərdə Həbəşistan olaraq qeyd edir. Ancaq məlumdur ki, hazırda dünyada Həbəşistan adlı dövlət yoxdur. Həbəşistan adı indiki Efiopiya və Eritreya dövlətlərinin ərazilərini əhatə edən qədim bölgənin adıdır. Qədim və orta əsrlərdə bu ərazidə mövcud olan dövlətin adı Şərq mənbələrində Həbəşistan, Qərb mənbələrində isə Abissiniya olaraq keçir.

Məlumat üçün bildirək ki, məsələ ilə bağlı Dövlət Statistika Komitəsinə ünvanladığımız sorğuya cavab verilmədi.

(Yeniavaz)

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“İllərdən sonra relslər yenidən canlandı!” – Bakı–Kürdəmir xəttində ilk qatar yola düşdü

Next

Elektrikli avtomobillərin idxalı 30% azalıb: ən böyük zərbə kütləvi seqmentə dəyir

Copyright 2026— Praqraf.com. All rights reserved