Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 17
  • Çavuşoğlu: Avropa Türkiyə olmadan təhlükəsizlik sistemini qura bilməyəcək

Çavuşoğlu: Avropa Türkiyə olmadan təhlükəsizlik sistemini qura bilməyəcək

admin 17 Aprel 2026 3 minutes read
jBq01fuiOd34F8e93ak5sW5gyR85Lcjxfiwm6cOk_1200
PAYLAŞIN:

Avropa Türkiyə olmadan təhlükəsizlik sistemini qura bilməyəcək, iyulda Ankarada keçiriləcək NATO sammiti isə gərginliyin azaldılmasına və alyans müttəfiqləri arasında birliyin möhkəmləndirilməsinə töhfə verəcək.

Paraqraf.com xəbər verir ki, bu barədə Türkiyənin sabiq xarici işlər naziri, ölkə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Avropa İttifaqı (Aİ) ölkələri çox vaxt Aİ-yə daxil olmayan ölkələri, o cümlədən Türkiyə kimi NATO tərəfdaşlarını gözardı edirlər.

“Türkiyə kimi bir ölkə olmadan Avropanın təhlükəsizlik arxitekturasını qurmaq qeyri-mümkündür. Ankaradakı sammitdə prezident (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – red.) qonaqları qəbul etməklə yanaşı, gərginliyin azaldılması və NATO müttəfiqləri arasında birlik və həmrəyliyin bərpa olunması üçün səylər göstərmək niyyətindədir”, – o, Antalya Diplomatiya Forumunun panel sessiyasında çıxış edərkən bildirib.

ABŞ Prezidenti Donald Tramp tərəfindən NATO-nun fəaliyyətinin tənqid edilməsinə toxunan Çavuşoğlu qeyd edib ki, onun ilk prezidentlik dövründə Vaşinqtonun əsas gözləntisi avropalı müttəfiqlərin NATO-nun fəaliyyətinə və əməliyyatlarına töhfəsinin artırılması idi.

“Lakin Trampın bəyanatları – xüsusilə də avropalı müttəfiqlərə və NATO-ya münasibətdə – Avropada təkcə narahatlıq yaratmadı, həm də Qrenlandiya ətrafındakı vəziyyət kimi bir sıra məsələləri kəskinləşdirdi. Bu da öz növbəsində Avropanın strateji muxtariyyəti, yəni onun təhlükəsizlik sahəsində müstəqilliyi ilə bağlı müzakirələri sürətləndirdi və ya ən azından müvafiq səyləri fəallaşdırdı”, – Çavuşoğlu əlavə edib.

Onun sözlərinə görə, Avropa ölkələri, müttəfiqlər və digər dövlətlər, o cümlədən Türkiyə həm öz təhlükəsizliyini, həm də Avropanın təhlükəsizliyini təmin etmək üçün öz potensialını gücləndirməlidir.

“Avropalılara məsləhətimiz ondan ibarətdir ki, Avropa ölkələrinin, müttəfiqlərin və digər dövlətlərin, o cümlədən Türkiyənin öz təhlükəsizliyini və Avropanın təhlükəsizliyini təmin etmək üçün öz potensialını gücləndirməsi son dərəcə vacibdir. Lakin bu, NATO-ya alternativ kimi nəzərdən keçirilməməlidir”, – o vurğulayıb.

 

Paraqraf.com 

Loading

Visited 72 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Cevdet Yılmaz: Avropanın daha güclü liderə ehtiyacı var
Next: İrakli Kobaxidze: Cənubi Qafqaz dünyada baş verən proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir

OXŞAR MÖVZULAR

f1LyQ5ramnSrNKwgEuk0oxI7oyq5ifJTng7I0clI_1200

Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur

admin 23 Aprel 2026
COgkxRYlRdsQU3ydsq2jF2PiPiEzU9txTsfC9xWp_1200 (1)

İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

admin 23 Aprel 2026
sDr2ozn2wvIJhFWAyv9TVTjdybFwdrJldtFS69St_1200

Danimarkada qatarların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.