Aprelin 16-da elm və təhsil naziri Emin Əmrullayevin Xaçmaz rayonuna səfəri çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonu üzrə bir qrup təhsil işçisi ilə görüşlər keçirilib.
Görüşlərdə gənc və yüksək nailiyyətlər əldə etmiş müəllimlər, tərbiyəçi-müəllimlər, metodistlər, eləcə də monitorinq nəticələrinə görə fərqlənən ümumi təhsil müəssisələrinin direktor və direktor müavinləri iştirak ediblər.
Görüşlər zamanı ölkədə həyata keçirilən təhsil islahatları, müəllim peşəsinin nüfuzunun artırılması, qabaqcıl təcrübələrin paylaşılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir yanaşmaların tətbiqi istiqamətində görülən işlər müzakirə olunub.
Nazir Emin Əmrullayev çıxışında müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinin obyektiv qiymətləndirilməsinin və motivasiyasının artırılmasının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.
Dialoq şəraitində keçən görüşlərdə iştirakçıların təklif və fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində nazir tərəfindən pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təhsil mühitinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilib.





Paraqraf.com
![]()
