Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Toiu: Azərbaycan və Rumıniya bu il hökumətlərarası komissiyanın iclasını keçirəcək
SİYASƏT

Toiu: Azərbaycan və Rumıniya bu il hökumətlərarası komissiyanın iclasını keçirəcək

15 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Bakı və Buxarest bu il Rumıniyada birgə hökumətlərarası komissiyanın iclasını keçirəcək.

Paraqraf.com xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığının yekunları üzrə “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, tərəflər strateji tərəfdaşlığın möhkəmliyini təsdiqləyib və bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

“Bu ilin sonlarında Rumıniyada keçiriləcək Rumıniya-Azərbaycan birgə hökumətlərarası komissiyasının iclasının hazırlıqlarına dəstəyimizi təsdiqlədik; xüsusi diqqət energetikaya ayrılacaq. Həmçinin bağlantı məsələlərinə və Qara dəniz – Xəzər dənizi nəqliyyat dəhlizinin əsas roluna toxunduq”, – o yazıb.

Toiu həmçinin əlavə edib ki, tərəflər növbəti həftə Avropa İttifaqı Xarici İşlər Şurasının iclasının gündəliyinə daxil ediləcək Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sahibə Qafarova: WUF13-ə ev sahibliyi Azərbaycanın birgə səyləri birləşdirmək bacarığına göstərilən etimaddır

Next

Həftəsonu 37 mindən çox şəxs imtahan verəcək

Copyright 2026— Praqraf.com. All rights reserved