Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Vens: ABŞ İrandakı məqsədlərinə çatıb
DÜNYA

Vens: ABŞ İrandakı məqsədlərinə çatıb

14 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Amerika administrasiyası hesab edir ki, İrana qarşı hərbi əməliyyatın vəzifələri yerinə yetirilib və münaqişənin sonlandırılmasına başlamaq vaxtı çatıb.

Paraqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalının efirində bildirib.

“Mən, həqiqətən, hesab edirəm ki, biz tapşırıqlarımızın yerinə yetirildiyi bir vəziyyətə gəlib çatmışıq. Biz bunu yekunlaşdırmağa başlaya bilərik”, – o qeyd edib.

Bununla yanaşı, Vens münaqişəni “uğurlu danışıqlar”la başa çatdırmağa üstünlük verəcəyini vurğulayıb. Aparıcının İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasındakı danışıqlar zamanı nəyin səhv getdiyi barədə sualına Vens: “Hər şey yaxşı keçdi. Biz böyük irəliləyiş əldə etdik”, – deyə cavab verib.

O həmçinin İranın “ABŞ-də narahatlıq doğuran” nüvə proqramı məsələsinə də toxunub:

“Buna görə də biz bu materialı (zənginləşdirilmiş uranı – red.) ölkədən tamamilə çıxarmaq istərdik ki, o, Birləşmiş Ştatların nəzarəti altında olsun… İranlıların nüvə silahına sahib olmaq niyyətində olmadıqlarını deməsi bir məsələdir, bunun baş verməyəcəyini təmin edən mexanizm yaratmağımız isə başqa bir məsələdir. Şübhəsiz ki, onların uranı zənginləşdirmək imkanının olmamasına zəmanət vermək də bunun bir hissəsidir”.

Xatırladaq ki, aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun keçən müzakirələr razılaşma əldə olunmadan başa çatıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya Odessa limanına zərbə endirib, Panama bayrağı altında üzən gəmi zədələnib

Next

Leyla Əliyeva: Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir

Copyright 2026— Praqraf.com. All rights reserved