Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Jurnalistlər üçün elm və təhsil üzrə media məktəbinə start verilir
ELM VƏ TƏHSİL

Jurnalistlər üçün elm və təhsil üzrə media məktəbinə start verilir

14 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına başlanılır.

Paraqraf.com xəbər verir ki, layihənin əsas məqsədi elm və təhsil mövzuları üzrə ixtisaslaşmış, sahəvi biliklərə malik media nümayəndələrinin bu istiqamətdə peşəkar bacarıqlarının daha da təkmilləşdirilməsinə töhfə verməkdir.

Layihə çərçivəsində ölkə mediasında fəaliyyət göstərən jurnalistlərin iştirakı ilə ümumilikdə 10 interaktiv təlim sessiyasının keçirilməsi nəzərdə tutulur. Təlimlər qurum nümayəndələri və sahə üzrə mütəxəssislərin iştirakı ilə təşkil olunacaq.

Təlim sessiyaları zamanı aşağıdakı aktual mövzular üzrə təqdimat və müzakirələr aparılacaq:

• Təhsilin iqtisadiyyatı

• Məktəbəqədər təhsil

• Ümumi təhsil sisteminin əsasları

• Tədrisin məzmunu və dərslik siyasəti

• Yerli və beynəlxalq təhsil qiymətləndirmələri

• Ali təhsil və beynəlxalq reytinqlər

• Təhsildə rəqəmsallaşma

• Elmi islahatlar

• Təhsildə keyfiyyət təminatı

• Elmi-pedaqoji jurnalistika

Təlimlərdə hazırda ölkə mediasında fəaliyyət göstərən jurnalistlər iştirak edə bilərlər. Maraqlanan şəxslər qeyd olunan mövzularla tanış olduqdan sonra xüsusi müraciət forması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatın ilkin mərhələsi 30 apreldə yekunlaşacaq.

Qeydiyyatdan keçmiş namizədlər arasından seçiləcək iştirakçılara təlimlərin vaxtı və məkanı barədə əvvəlcədən fərdi şəkildə məlumat veriləcək. Təlimlər may ayından başlayaraq ilboyu davam edəcək.

Sual və təkliflər üçün mediaschool@ajn.az ünvanına yazmaq olar.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan XİN: Minatəmizləmə işlərində geniş beynəlxalq dəstəyin göstərilməsinə təcili ehtiyac var

Next

Kamal Kılıçdaroğluna 11 ay 20 gün həbs cəzası verilib

Copyright 2026— Praqraf.com. All rights reserved