Bu ilin yanvar-mart aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 14,9 milyard manat dəyərində və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2 % çox sənaye məhsulu istehsal edib.
Paraqraf.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 3 ay ərzində emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, elektrik avadanlıqlarının istehsalı, toxuculuq sənayesi sahələrində olub.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
