Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur
SİYASƏT

Azərbaycan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur

14 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan dünyanın ən nüfuzlu uşaq kitab sərgilərindən olan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur.

Mədəniyyət Nazirliyindən Paraqraf.com-a verilən xəbərə görə, sərgidə yerli yazar və naşirlərdən ibarət nümayəndə heyəti iştirak edir.

Azərbaycan stendində ölkənin aparıcı nəşriyyatları tərəfindən azyaşlı oxucular üçün hazırlanmış 200-dən çox adda, ümumilikdə, 250-dən artıq kitab və nəşr məhsulu ziyarətçilərə təqdim olunur.

Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə, Çexiya, Sloveniya, İsveç, İtaliya, Polşa, Kanada, Niderland, Almaniya, Fransa, İspaniya və Böyük Britaniyadan olan nəşriyyat nümayəndələri, uşaq yazıçıları və illüstratorlarla bir sıra işgüzar görüşlər keçirir. Bu görüşlərdə kitab nəşri, yayımı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunur.

Eyni zamanda, nümayəndə heyəti Hans Kristian Andersen Mükafatı Münsiflər Heyətinin prezidenti Şirin Kreidieh ilə görüş keçirərək uşaq ədəbiyyatı sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

16 aprelədək davam edəcək sərgidə Azərbaycan müəlliflərinin kitab təqdimatları, eləcə də yerli nəşriyyatların beynəlxalq tərəfdaşlarla görüşləri davam etdiriləcək.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq

Next

Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşıb

Copyright 2026— Praqraf.com. All rights reserved