Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslər fonunda Azərbaycan və Gürcüstan arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, İlham Əliyevin Gürcüstana rəsmi səfəri regionda formalaşan yeni reallıqların və strateji əməkdaşlığın növbəti təzahürü kimi qiymətləndirilir. Səfər çərçivəsində səsləndirilən fikirlər və verilən mesajlar iki ölkə arasında mövcud tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir.
Prezident İlham Əliyevin Gürcüstana səfərini şərh edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Paraqraf.com”-a açıqlama verib bildirib ki, Qafqazın enerji təhlükəsizliyinin və siyasi sabitliyinin qarantı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir:
“Dövlət başçısının səfərdə səsləndirdiyi kimi Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir”.
Həsən
Paraqraf.com
![]()
