Akademik Zərifə Əliyevanın anım günü münasibətilə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov Paraqraf.com-a açıqlamasında bildirib ki, Zərifə Əliyevanın həyatı və fəaliyyəti hər kəs üçün örnəkdir:
“Akademik Zərifə Əliyeva həm alim, həm ana, həm də həyat yoldaşı kimi mükəmməl bir şəxsiyyət idi. O, Azərbaycan qadınının ən gözəl nümunələrindən biridir. Təsadüfi deyil ki, onun xatirəsi hər zaman böyük ehtiramla yad edilir”.
S.Qurbanov qeyd edib ki, Heydər Əliyevin mərhum həyat yoldaşı haqqında səsləndirdiyi fikirlər Zərifə Əliyevanın yüksək mənəvi keyfiyyətlərini dolğun şəkildə ifadə edir:
“Ümummilli Lider Heydər Əliyev deyirdi ki, bəzi insanlar var ki, hələ sağlığında xalqın sevgisini qazanır, dünyadan köçdükdən sonra isə tarixdə əbədi iz qoyurlar. Zərifə Əliyeva da məhz belə şəxsiyyətlərdən idi. O, böyük ürəyə sahib, insanlara sevgi və mərhəmətlə yanaşan, heç kəsi incitməyən və hər zaman köməyə hazır olan nadir insanlardan biri olub”.
Deputat əlavə edib ki, Zərifə Əliyevanın əziz xatirəsi daim hörmət və ehtiramla yad olunacaq.
Türkan Səfərova
Paraqraf.com
![]()
