Futzal üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununda Qazaxıstanla qarşılaşacaq.
Paraqraf.com-un məlumatına görə, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda rəqibi ilə Aktaudakı “BS Arena”da münasibətləri aydınlaşdıracaq.
Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, milli aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə yoldaşlıq görüşləri keçirib. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbə qazanıblar.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
