Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirib
MANŞET

Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirib

13 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Naxçıvanda tədbirlər keçirilib.

Bu barədə Paraqraf.com-a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Dövlət Xidmətinin Naxçıvan şəhəri və Babək rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib.

Yolasalma mərasimində Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə kapitanı Vilayət Seyidov, həmçinin çağırışçı və valideynlər çıxış ediblər.

Sonra Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının nümunəvi nümayişi göstərilib. Rəsmi hissə bitdikdən sonra hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərini söz verib, hərbi hissələrə yola salınıblar.

Daha sonra Naxçıvan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir keçirilib. Görüşdə açılış nitqi ilə çıxış edən Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.

Mərasimdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Naxçıvan şəhər idarəsinin rəisi polkovnik-leytenant Sultan Zamanov gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik, rəqəmsallaşma və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək öz təəssüratları ilə bölüşüblər. Rəsmi hissədən sonra konsert proqramı keçirilib.

Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

MN-nin rüşvət almaqda təqsirləndirilən bölmə rəisinin cinayət işi məhkəməyə göndərilib

Next

Gəncədə 6 il əvvəl itkin düşmüş şəxsin meyitinin qalıqları evin həyətindən çıxarılıb

Copyright 2026— Praqraf.com. All rights reserved