Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 13
  • Bakıda Bahar xeyriyyə yarmarkası keçirilib

Bakıda Bahar xeyriyyə yarmarkası keçirilib

admin 13 Aprel 2026 3 minutes read
TkyhSHaQchZAqtzO8z6G7gMMUWfAK1FQ0pUxLQCJ_1200
PAYLAŞIN:

Bakıda çox sayda sakini və şəhərin qonağını bir araya gətirən Bahar xeyriyyə yarmarkası keçirilib.

Bu barədə Paraqraf.com-a Qazaxıstanın Bakıdakı səfirliyindən bildirilib.

Tədbirin təşkilatçıları Bakı Beynəlxalq Qadınlar Klubu (International Women’s Club – Baku) və Qazaxıstanın Azərbaycandakı səfirliyi olub.

Yarmarkanı Bakıda fəaliyyət göstərən onlarla xarici ölkə səfirliyi, yerli və xarici şirkətlər, könüllülər dəstəkləyib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel salamlama nitqi ilə çıxış edərək dünyada baş verən sarsıntılar fonunda bu cür tədbirlərin əhəmiyyətini qeyd edib. Diplomat vurğulayıb ki, qarşılıqlı yardım və ehtiyacı olanlara, xüsusən də uşaqlara və qadınlara dəstək bizim sivilizasiya kodumuzun ayrılmaz hissəsidir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev könüllülüyə xüsusi əhəmiyyət verir.

Bakı Beynəlxalq Qadınlar Klubunun prezidenti Asemgül Bayel yarmarkanın təşkilinə töhfə verən hər kəsə təşəkkür edərək hər bir ianənin ünvanına çatacağını əlavə edib. Toplanan vəsait şəhid və qazi ailələrinə, sağlamlıq imkanları məhdud olan uşaqlara, köməyə ehtiyacı olan qadın sahibkarlara, uşaqlarını tək böyüdən analara, uşaq evlərinə dəstək üçün istifadə olunacaq. Asemgül Bayel qeyd edib ki, Beynəlxalq Qadınlar Klubunun missiyası ehtiyacı olanlara dəstək olmaq və müxtəlif mədəniyyətlərdən olan insanlar arasında dialoqu inkişaf etdirməkdir.

Tədbirin açılışında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, eləcə də Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış ediblər. Onlar yarmarkanın təşkilatçılarına təşəkkür ediblər. Qonaqlar diqqətə çatdırıblar ki, Bakı sakinləri xeyriyyə yarmarkası vasitəsilə qazax mədəniyyəti ilə də daha yaxından tanış olurlar.

Yarmarka çərçivəsində yerli və xarici ustaların əl işlərinin və sənətkarlıq məmulatlarının, müxtəlif xalqların yeməklərinin satışı təşkil olunub. Həmçinin, maraqlı musiqi proqramı və əyləncələr təqdim olunub, lotereya, hədiyyə uduşları təşkil edilib.

Bakı Beynəlxalq Qadınlar Klubu – otuz ildən artıq müddət əvvəl təsis edilib, müxtəlif ölkə və mədəniyyətləri təmsil edən qadınları dostluğun, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də xeyriyyə və sosial layihələrin dəstəklənməsi məqsədilə birləşdirən qeyri-kommersiya təşkilatıdır. Bakıda akkreditə olunmuş səfirlərin həyat yoldaşları, tanınmış qadın sahibkarlar və ictimai xadimlər klubun üzvləridir. 1 fevral 2026-cı ildən Qazaxıstanın Azərbaycandakı səfirinin həyat yoldaşı Asemgül Bayel Klubun prezidenti seçilib. Vitse-prezident isə azərbaycanlı sahibkar Cəmilə Hüseynovadır.

 

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib
Next: Elnur Hidayətoğluya yüksək vəzifə verildi

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.