Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp: İslamabaddakı danışıqların nəticəsinin əhəmiyyəti yoxdur, biz qalib gəldik
DÜNYA

Tramp: İslamabaddakı danışıqların nəticəsinin əhəmiyyəti yoxdur, biz qalib gəldik

12 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla Pakistanda keçirilən danışıqların nəticəsi onu narahat etmir, çünki “Vaşinqton artıq bu müharibədən qalib çıxıb”.

Paraqraf.com xəbər verir ki, Amerika lideri bu barədə Ağ evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Razılaşma əldə edib-etməyəcəyimizin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Məsələ burasındadır ki, biz qalib gəldik”, – Tramp deyib və əlavə edib ki, ABŞ İranı “tamamilə darmadağın edib”.

O, ABŞ-nin İranın Hərbi Hava Qüvvələrini, Hərbi Dəniz Qüvvələrini və rəhbərliyini məhv etməsi, hazırda isə Hörmüz boğazından sərbəst keçidin təmin olunması üzərində işləməsi barədə əvvəlki iddialarını təkrarlayıb.

“Özümüz istifadə etməsək də, boğazı açacağıq, çünki ondan dünyada ya qorxan, ya zəif olan, ya da xəsislik edən bir çox başqa ölkələr istifadə edir. Məsələnin nədə olduğunu bilmirəm, lakin NATO bizə kömək etmədi”, – Ağ ev rəhbəri bəyan edib.

Qeyd edək ki, ABŞ və İranın yüksək vəzifəli nümayəndə heyətlərinin İslamabaddakı danışıqları səkkiz saata yaxındır ki, davam edir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Cem Adrian və İlker İnanoğlu barəsində saxlanılma qərarı çıxarılıb

Next

Pakistan İranla ABŞ-yə Hörmüz boğazında birgə patrul xidməti göstərməyi təklif edib

Copyright 2026— Praqraf.com. All rights reserved