Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Qalibaf: ABŞ danışıqlarda İranın etibarını qazana bilmədi
DÜNYA

Qalibaf: ABŞ danışıqlarda İranın etibarını qazana bilmədi

12 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

İranın İslamabaddakı danışıqlarda irəli sürdüyü sülh təşəbbüslərinə baxmayaraq, Amerika tərəfi Tehranın etimadını qazana bilmədi.

Paraqraf.com xəbər verir ki, bunu İslam Respublikası parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf “X” sosial şəbəkəsində yazıb.

“Danışıqlar başlamazdan əvvəl lazımi iradə və istəklərimizin olduğunu vurğuladım, amma əvvəlki iki müharibənin təcrübəsi səbəbindən qarşı tərəfə etibar etmirik. İran nümayəndə heyətindəki həmkarlarım perspektivli təşəbbüslər təklif etdilər, amma nəticədə Amerika tərəfi danışıqların bu mərhələsində etibarımızı qazana bilmədi”, – o qeyd edib.

Qalibaf dost və qardaş Pakistanın danışıqları asanlaşdırmaq səylərini də yüksək qiymətləndirib.

“İran 90 milyon insanın yaşadığı ölkədir. Ali liderin məsləhəti ilə bizi dəstəkləyən İranın bütün qəhrəman millətinə minnətdaram. Bu gərgin 21 saatlıq danışıqlarda həmkarlarıma uğurlar arzulayıram”, – o qeyd edib.

Xatırladaq ki, İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların ilk günü başa çatıb. Müşavirələrdə ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin başçılıq etdiyi nümayəndə heyəti, həmçinin Prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Jared Kuşner də iştirak edir, İran tərəfdən danışıqlarda parlamentin spikeri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçı iştirak edir. Görüşdə Pakistan Quru Qoşunlarının Qərargah rəisi Asim Münir də iştirak edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Betmen” trilogiyasının ulduzu Con Nolan vəfat edib

Next

İsrailin son saatlarda Livana hava hücumları nəticəsində onlarla insan ölüb

Copyright 2026— Praqraf.com. All rights reserved