Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Bu gün Dünya Aviasiya və Kosmonavtika Günüdür
CƏMİYYƏT

Bu gün Dünya Aviasiya və Kosmonavtika Günüdür

12 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Bu gün Dünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur.

Paraqraf.com xəbər verir ki, 1961-ci ilin bu günündə sovet kosmonavtı Yuri Qaqarin “Vostok-1” kosmik gəmisi ilə kosmosa uçan ilk insan olaraq tarixə düşüb.

Ümumilikdə 1 saat 48 dəqiqə davam edən bu tarixi uçuş Yer ətrafında tam bir dövrəni əhatə edib və kosmosa çıxış dövrünün başlanğıcı kimi qiymətləndirilib.

SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə bu gün – 12 Aprel Dünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunmağa başlanıb.

Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncamla ölkədə kosmik sənayenin yaradılması prosesi rəsmi olaraq başlanılıb. Bu məqsədlə 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis olunub və Azərbaycanın ilk telekommunikasiya peyki –“Azerspace-1” 2013-cü ildə orbitə buraxılıb. Bu hadisə Azərbaycanın “kosmik klub” adlandırılan peyk sahibi ölkələr sırasına qoşulmasını təmin edib.

2014-cü ildə “Azersky” adlı Yerin müşahidə peyki orbitə buraxılıb. 2018-ci ildə isə daha güclü və texnoloji imkanlara malik “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxıb. Bu peyklər Azərbaycanın təkcə regionda deyil, beynəlxalq səviyyədə informasiya təhlükəsizliyi və kommunikasiya xidmətlərinin müstəqil təminatçısına çevrilməsinə şərait yaradıb. Hazırda bu peyklər vasitəsilə teleradio yayımı, yüksəksürətli internet, fövqəladə hallarda rabitə dəstəyi və bir çox digər xidmətlər həyata keçirilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Next

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Copyright 2026— Praqraf.com. All rights reserved