Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
HADİSƏ

Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb

11 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Bakıda yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb.

Bu barədə Paraqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 3166 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, obyekt odsöndürən balonlarla tam təmin edilməyib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, obyektin yeməkxanasında sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur, yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb, obyektin daxilində yanan əşyalar pərakəndə şəkildə saxlanılır, yanğın zamanı yanğınsöndürmə avtomobillərinin əraziyə yaxınlaşaraq sərbəst yan alması üçün əlverişli şərait yaradılmayıb, elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, obyektin ərazisi yanar tullantılardan təmizlənməyib, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 3166 ünvanında yerləşən avtomobil təmiri sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən üç nəfər saxlanılıb

Next

DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin 33,6 faizi təhlükəsizlik kəmərini bağlamayanlar olub

Copyright 2026— Praqraf.com. All rights reserved