Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/TDT ölkələrinin imtahan mərkəzləri arasında Niyyət Protokolu imzalanıb
ELM VƏ TƏHSİLMANŞET

TDT ölkələrinin imtahan mərkəzləri arasında Niyyət Protokolu imzalanıb

10 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların təşkili sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı Niyyət Protokolu imzalanıb.

Paraqraf.com xəbər verir ki, imzalanma Dövlət İmtahan Mərkəzi ilə yanaşı, Qazaxıstanın Milli Test Mərkəzi, Qırğızıstanın Təhsilin Keyfiyyətinin İnkişafı Departamenti, Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi və Özbəkistanın Bilik və Bacarıqların Qiymətləndirilməsi Agentliyi arasında olub.

Sənəd türk dövlətləri arasında uzunmüddətli institusional əməkdaşlığın gücləndirilməsi və strateji tərəfdaşlığın formalaşdırılması niyyətini əks etdirir.

Protokol çərçivəsində tərəflər birgə tədbirlərin təşkili, potensialın gücləndirilməsi və bilik mübadiləsi, imtahan sistemlərinin rəqəmsal transformasiyası, müasir qiymətləndirmə platformalarının inkişafı, test tapşırıqlarının hazırlanması və nəticələrin qiymətləndirilməsində süni intellekt və digər innovativ texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi aparacaqlar.

Eyni zamanda elmi əsaslara və beynəlxalq təcrübəyə uyğun dil qiymətləndirmə alətlərinin hazırlanması və tətbiqi, türk dillərinin təşviqi istiqamətində əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edək ki, Niyyət Protokolu imzalandığı tarixdən qüvvəyə minir və 5 il müddətində etibarlı olacaq.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Mədəniyyət haqqında” qanuna dəyişikliklər III oxunuşda qəbul edilib

Next

İçərişəhər qoruğu: Qala divarında baş vermiş qismən dağılma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür

Copyright 2026— Praqraf.com. All rights reserved