Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Sınan ümidlər” – insan alverinə qarşı mübarizəyə həsr olunmuş səhnə əsəri təqdim olundu
CƏMİYYƏT

“Sınan ümidlər” – insan alverinə qarşı mübarizəyə həsr olunmuş səhnə əsəri təqdim olundu

10 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Ağdaş rayon Mədəniyyət Mərkəzinin Xalq Teatrı tərəfindən insan alverinə qarşı mübarizəyə həsr olunmuş “Sınan ümidlər” adlı səhnə əsəri uğurla tamaşaçılara təqdim olunub.

Güclü kollektivin, böyük zəhmətin və səmimi sevginin nəticəsi olaraq ərsəyə gələn bu tamaşa cəmiyyətin ən həssas və aktual problemlərindən birinə, insan alverinə diqqət çəkməyi qarşısına məqsəd qoyub. Səhnə əsəri həyatın sərt reallıqlarını, insan talelərində buraxdığı izləri və bu çətinliklərlə mübarizə aparmağın vacibliyini təsirli şəkildə nümayiş etdirir.

Tamaşada verilən əsas mesaj ondan ibarətdir ki, zaman insanı sınaqlardan keçirərək gücləndirir, həyat isə qarşıya çıxardığı çətinliklərlə mübarizə aparmağı öyrədir. Yıxılıb qalmayan, mübarizədən vaz keçməyən insan hər zaman daha güclü olur.

Yaradıcı heyət öz çıxışını belə ifadə edir: “Bizim silahımız sözümüzdür. Bu sözlə silahlanaraq öz cəbhəmizdə mübarizəyə çıxdıq. Qalib, yoxsa məğlub olduğumuzu zaman göstərəcək. Əsas olan isə odur ki, biz savaşmağa cəsarət etdik”.

Tamaşanın hazırlanmasında əməyi keçən bütün yaradıcı heyətə və dəstək göstərən hər kəsə təşəkkür edilir. “Sınan ümidlər” yalnız bir səhnə əsəri deyil, eyni zamanda cəmiyyətə ünvanlanmış güclü çağırışdır.

https://www.facebook.com/share/v/1BggTd48FF/

Ağdaş rayon Mədəniyyət Mərkəzi
Xalq Teatrı

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Politoloq: “Balanslı xarici siyasət Azərbaycanın gücünü artırır”

Next

Passiv seçici davranışının səbəbləri

Copyright 2026— Praqraf.com. All rights reserved