Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Passiv seçici davranışının səbəbləri
MANŞETÖZƏL

Passiv seçici davranışının səbəbləri

10 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Seçkilər demokratik cəmiyyətin əsas sütunlarından biri hesab olunur. Lakin son illərdə müşahidə edilən əsas problemlərdən biri seçici fəallığının aşağı səviyyədə qalmasıdır. Rəsmi statistikalar hər seçkidə müəyyən iştirak faizini göstərsə də, cəmiyyət daxilində real maraq və aktivliyin istənilən səviyyədə olmadığı aydın hiss olunur. Xüsusilə gənclər arasında seçkilərə qarşı biganəlik, inamsızlıq və ya laqeyd münasibət getdikcə daha çox diqqət çəkir. Bəzi vətəndaşlar səsvermənin nəticələrə təsir etmədiyini düşünür, digərləri isə ümumiyyətlə siyasi proseslərdən uzaq qalmağa üstünlük verir.

Bəs seçki mədəniyyətinin zəif formalaşmasının əsas səbəbləri nədir və niyə vətəndaşlar səsvermə prosesində daha fəal iştirak etmirlər?

Ağ Partiya sədri, siyasi şərhçi Tural Abbaslı “Paraqraf.com”a bildirib ki, seçki mədəniyyəti və vətəndaşların iştirakı məsələləri qarşılıqlı xarakter daşıyır:

“Bu məsələləri yalnız vətəndaşların, xüsusilə gənclərin üzərinə qoymaq və onları seçki prosesində iştirak etməməkdə ittiham etmək doğru deyil. İnsanların seçki prosesinə inamı zəifdir və buna görə də prosesə qatılmırlar. Dövlət idarəçiliyində vətəndaş iştirakçılığı demək olar ki, yox səviyyəsindədir. Lakin bu, vətəndaşların günahı deyil, uzun illər aparılan siyasətin nəticəsidir. Əgər seçkilərdə nəticələrin saxtalaşdırıldığına dair inam varsa və insanlar verdikləri səsin nəyisə dəyişdiyini görmürlərsə, onda seçkiyə getmək motivasiyası azalır.

Həmçinin siyasi proseslərlə maraqlanan şəxslərin təzyiqlərlə üzləşməsi fonunda hansı tələbə, işçi və ya gənc siyasətlə məşğul olmaq istəyər? Bu, insanların siyasi proseslərdən uzaqlaşmasına səbəb olur. Qısa müddətdə bu vəziyyət müəyyən qüvvələr üçün əlverişli görünə bilər. Lakin uzunmüddətli perspektivdə cəmiyyətdə laqeyd vətəndaş modelinin formalaşmasına gətirib çıxarır ki, bu da gələcəkdə daha ciddi problemlər yarada bilər.

Bu baxımdan, seçki maarifləndirilməsinin gücləndirilməsi vacibdir. Bəzi hallarda vətəndaşların seçkilərin keçirilməsi barədə yetərli məlumatı olmur və onlar informasiya baxımından kənarda qalırlar”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Sınan ümidlər” – insan alverinə qarşı mübarizəyə həsr olunmuş səhnə əsəri təqdim olundu

Next

İqtisadçı: “Freelance iş gələcəkdə daha çox sahələri əhatə edəcək”

Copyright 2026— Praqraf.com. All rights reserved