Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/İçərişəhərdə qala divarında qismən dağılmanın bərpasına Avstriyadan mütəxəssislər cəlb olunub
MANŞET

İçərişəhərdə qala divarında qismən dağılmanın bərpasına Avstriyadan mütəxəssislər cəlb olunub

10 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş aşınmanın bərpasına Avstriyadan mütəxəssislər cəlb olunub.

Paraqraf.com xəbər verir ki, bunu “AzTV”-yə müsahibəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin üzvü Aytac Əlisultanlı deyib.

A.Əlisultanlı onu da qeyd edib ki, mütəxəssislər İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində də uğurla fəaliyyət göstəriblər:

“Xarici memarlar İçərişəhər ərazisində illər ərzində tarixi memarlıq abidələrinin bərpası istiqamətində fəaliyyət göstəriblər. Həmin tikililərə həm ölkə, həm də dünya üçün əhəmiyyətli abidələr aiddir”.

Onun sözlərinə görə, ilkin nəticələrin aradan qaldırılması üçün hazırda müvəqqəti möhkəmləndirilmə işləri aparılır:

“Bu işlər bir neçə günə yekunlaşacaq. Növbəti mərhələdə texniki və mühəndislik, eləcə də tarixi qiymətləndirmə aparılacaq. Bu işlərdən sonra isə əsaslı bərpa-konservasiya işlərinə başlanılacaq. Son mərhələ inşaatda ən çox vaxt tələb edən iş olduğuna görə, proses bir neçə ilə qədər çəkə bilər”.

Xatırladaq ki, aprelin 9-da Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib. Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii eroziya prosesləridir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Next

Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar ilk oxunuşda qəbul edilib

Copyright 2026— Praqraf.com. All rights reserved