Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Yeni Klinikada xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxunub
HADİSƏ

Yeni Klinikada xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

09 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Yeni Klinikada əməliyyat zamanı texniki qüsur nəticəsində xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovaya 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Paraqraf.com-un məlumatına görə, bu barədə hökm Bakının Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, ona elektron qolbaq taxılacaq.

Qeyd edək ki, Nizami rayon prokurorluğunun məlumatına əsasən, 2025-ci il mayın 18-də Yeni Klinikanın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova klinikaya əməliyyat üçün müraciət edən xəstə Günay Məmmədovanı cərrahiyyə əməliyyatı edib.

Daha sonra Günay Məmmədova bu əməliyyat nəticəsində ölüb və faktla bağlı Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılıb. Həmçinin, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla Sevinc Məmmədovanın ötən il mayın 6-da Yeni Klinikada Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətdiyi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirdiyi müəyyən olunub. Nəticədə Günay Məmmədova mayın 18-də klinikada həyatını itirib.

Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda I sinfə qəbul “mygov” üzərindən həyata keçiriləcək – EKSKLÜZİV

Next

Sabah Bakıda hava yağmursuz olacaq – PROQNOZ

Copyright 2026— Praqraf.com. All rights reserved