Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Politoloq: “Balanslı xarici siyasət Azərbaycanın gücünü artırır”
MANŞETSİYASƏT

Politoloq: “Balanslı xarici siyasət Azərbaycanın gücünü artırır”

09 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan beynəlxalq münasibətlər sistemində milli maraqlarını qorumağa və mövqeyini gücləndirməyə çalışan aktiv dövlətdir. Xarici siyasət ölkənin təhlükəsizliyinin təmin olunması, iqtisadi inkişafın dəstəklənməsi və beynəlxalq nüfuzunun artırılması baxımından mühüm rol oynayır. Bu siyasət balanslı əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır.

Bəs Azərbaycanın xarici siyasətində daha çox regional əməkdaşlığa üstünlük verilməlidir, yoxsa qlobal tərəfdaşlıqların genişləndirilməsi daha vacibdir?

Politoloq Züriyyə Qarayeva Paraqraf.com-a bildirib ki, Azərbaycanın xarici siyasətində regional əməkdaşlıq prioritet istiqamətlərdən biri olaraq qalır:

Züriyə Qarayeva AMEA-nın “İlin gənc alimi” nominasiyası üzrə qalib olub

“Azərbaycan üçün Cənubi Qafqaz, Türkiyə ilə strateji müttəfiqlik və qonşu dövlətlərlə münasibətlər təhlükəsizlik, nəqliyyat və enerji layihələri baxımından birbaşa həyati əhəmiyyət daşıyır. Regional sabitlik həm iqtisadi layihələrin davamlılığını təmin edir, həm də ölkənin geosiyasi risklərini azaldır. Xüsusilə Orta Dəhliz kimi təşəbbüslər göstərir ki, regiondaxili əməkdaşlıq Azərbaycanın tranzit və enerji mərkəzi kimi rolunu gücləndirir və bu, milli maraqların qorunmasında əsas dayaqdır.

Bununla yanaşı, yalnız regional çərçivədə qalmaq kifayət deyil. Qlobal tərəfdaşlıqlar Azərbaycanın strateji manevr imkanlarını genişləndirir və onu daha geniş iqtisadi və siyasi sistemlərə inteqrasiya edir. Avropa, Asiya və digər qlobal aktorlarla qurulan münasibətlər enerji ixracı, investisiya cəlbi və beynəlxalq nüfuzun artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan optimal yanaşma regional və qlobal siyasətin bir-birini tamamladığı balanslı modeldir: regionda möhkəm dayaqlar, qlobal səviyyədə isə geniş əlaqələr Azərbaycanın xarici siyasətinin effektivliyini təmin edən əsas formul kimi çıxış edir”.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Günay Ağamalı: “Yerli idarəetmə cəmiyyətin inkişafının ən vacib sütunlarından biridir”

Next

“Sınan ümidlər” – insan alverinə qarşı mübarizəyə həsr olunmuş səhnə əsəri təqdim olundu

Copyright 2026— Praqraf.com. All rights reserved