Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Naxçıvanda ilin ilk 3 ayında 50 qida obyekti cərimələnib
HADİSƏ

Naxçıvanda ilin ilk 3 ayında 50 qida obyekti cərimələnib

09 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

2026-cı ilin ilk üç ayı ərzində Naxçıvan Muxtar Respublikasının (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublikada 50 qida obyektinə cərimə tətbiq olunub.

Agentlikdən Paraqraf.com-a verilən məlumata görə, bu müddətdə ümumilikdə 68 yoxlama həyata keçirilib və əksər qida obyektlərində müxtəlif növ pozuntular aşkarlanıb.

Yoxlamaların 28-i ictimai iaşə müəssisələrində, 12-si topdan və pərakəndə satış obyektlərində, 5-i ilkin istehsal və istehsal sahələrində, 3-ü ət satışı obyektlərində, 2-si məktəb bufetlərində, 3-ü apteklərdə, 15-i isə emal müəssisələrində aparılıb.

Aparılan nəzarət tədbirləri zamanı ən çox pozuntuların emal müəssisələri və ictimai iaşə obyektlərində qeydə alındığı bildirilib.

Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Həm planlı, həm də plandankənar yoxlamaların nəticəsi olaraq 50 qida obyekti barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati tənbehvermə qərarı qəbul edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Next

Lənkəranda ağac avtomobilin üzərinə aşıb, qayınana və gəlin xəsarət alıb

Copyright 2026— Praqraf.com. All rights reserved