Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/İranın regional siyasəti və strateji kursu yenidən müzakirədə – ŞƏRH
ÖZƏLSİYASƏT

İranın regional siyasəti və strateji kursu yenidən müzakirədə – ŞƏRH

09 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

İranın beynəlxalq siyasətdə rolu son illərdə həm regionda, həm də qlobal geosiyasi mühitdə xüsusi diqqət çəkir. Atom proqramı, regional münaqişələrdə iştirakı və geniş enerji resurslarına malik olması ölkənin strateji mövqeyini formalaşdıran əsas amillərdəndir. Eyni zamanda, İranın ABŞ, Avropa dövlətləri və region ölkələri ilə münasibətləri onun xarici siyasət prioritetlərini müəyyən edir və regional sabitlik üçün mühüm əhəmiyyət daşıyır.

Bəs İranın mövcud geosiyasi vəziyyəti və xarici siyasət hədəfləri regionda sülhə və sabitliyə necə təsir göstərir?

Politoloq Xaqani Cəfərli “Paraqraf.com”a bildirib ki, İranın atom proqramı, regional münaqişələrdə iştirakı və enerji resurslarına malik olmasının İranın strateji mövqeyini gücləndirdiyini düşünmürəm:

“İslam İnqilabından bəri İran İsraili bir dövlət kimi məhv etmək siyasəti yürüdür və bu məqsədlə yüz milyard dollar xərcləyib. Nəticədə isə İsrail Tehranda istədiyi şəxsi öldürür, 8-9 aydan bir İrana hərbi müdaxilə edərək onun hərbi obyektlərini bombalayır. İran isə öz proksi qüvvələrini qorumaqda aciz qalır. Bu səbəbdən İranın strateji mövqeyinin gücləndiyini iddia etmək yanlışdır. Əksinə, İranın strateji dayaqları ciddi şəkildə zəifləyib.

İran Suriyadakı rejimi qorumaq üçün 2011–2024-cü illər arasında 50 milyard dollar vəsait xərclədi, lakin nəticə etibarilə bu siyasət gözlənilən nəticəni vermədi. İranın davam etdirdiyi davakar xətt regionda sülh və sabitliyə mənfi təsir göstərir. Bu siyasətin uzun müddət davam etməsi isə real görünmür. Gərginliyin sona çatması istiqamətində proses artıq başlayıb”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

Next

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Copyright 2026— Praqraf.com. All rights reserved