Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 9
  • Günay Ağamalı: “Yerli idarəetmə cəmiyyətin inkişafının ən vacib sütunlarından biridir”

Günay Ağamalı: “Yerli idarəetmə cəmiyyətin inkişafının ən vacib sütunlarından biridir”

admin 09 Aprel 2026 3 minutes read
WhatsApp Image 2026-04-09 at 15.58.44
PAYLAŞIN:

Yerli idarəetmə hər bir cəmiyyətin inkişafında mühüm rol oynayır. Bu idarəetmə forması əhalinin gündəlik problemlərinin həllinə, sosial rifahın yaxşılaşdırılmasına və yerli resurslardan səmərəli istifadəyə xidmət edir. Lakin bir çox hallarda yerli idarəetmədə şəffaflığın aşağı olması, vətəndaş iştirakının zəifliyi, resursların düzgün bölüşdürülməməsi və idarəetmə bacarıqlarının yetərli səviyyədə olmaması kimi problemlər müşahidə olunur. Bu çətinliklər isə yerli inkişafın ləngiməsinə və əhalinin dövlət orqanlarına olan inamının azalmasına səbəb olur.

Bəs yerli idarəetmədə mövcud olan problemlərin əsas səbəbləri nələrdir və onların aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Paraqraf.com-a bildirib ki, yerli idarəetmə cəmiyyətin inkişafının ən vacib sütunlarından biridir:

“Bu sahədə formalaşan münasibətlər vətəndaş məmnunluğuna, sosial rifaha təsir göstərir. Yerli idarəetmədə mövcud problemlərin aradan qaldırılması üçün rəqəmsal idarəetmə mexanizmlərinin genişləndirilməsi, açıq məlumat bazalarının formalaşdırılması və ictimai nəzarətin institusional əsasda təşkili bu istiqamətdə mühüm rol oynaya bilər. Bu cür yanaşma dövlətlə vətəndaş arasında qarşılıqlı etimadı möhkəmləndirəcək və yerli səviyyədə problemlərin daha operativ həllinə imkan yaradacaq. Kadr potensialının gücləndirilməsi də prioritet məsələlərdəndir. Yerli idarəetmə orqanlarında çalışan vətəndaşların peşəkarlığının artırılması, onların müasir idarəetmə standartlarına uyğun hazırlanması və davamlı təlim proqramlarına cəlb olunması idarəetmənin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər.

Dövlətimiz yerli idarəetmənin təkmilləşdirilməsi istiqamətində ardıcıl siyasət yürüdür və bu siyasətin mərkəzində vətəndaş rifahının yüksəldilməsi dayanır. Möhtərəm cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və siyasi iradə nəticəsində yerli idarəetmə sistemi daha çevik, şəffaf və effektiv modelə doğru inkişaf edir. Sözügedən yanaşma dövlətimizin maraqlarının qorunmasına, cəmiyyətin dayanıqlı inkişafına mühüm töhfə verir”.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 37 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçirildi
Next: Politoloq: “Balanslı xarici siyasət Azərbaycanın gücünü artırır”

OXŞAR MÖVZULAR

df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026
02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

admin 23 Aprel 2026
bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.