Cənubi Koreyada gəmiqayırma zavodunun ərazisində sualtı qayıqda baş verən yanğınla əlaqədar təxminən 40 nəfər təxliyə edilib.
Paraqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“HD Hyundai Heavy Industries Co.” tərsanəsində olan “ROKS Hong Beom-do” gəmisinin göyərtəsində təxminən 40 nəfər olub. Onlar təxliyə ediliblər. Yanğınsöndürənlər 30-a yaxın texnika cəlb edərək alova tam nəzarəti ələ alıblar. Hazırda itkin düşmüş 60 yaşlı qadının axtarışları davam edir”, – məlumatda bildirilib.
Sualtı qayıq avadanlıqların təmiri üçün tərsanəyə daxil olmuşdu.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
