Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçirildi
ELM VƏ TƏHSİLMANŞET

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçirildi

09 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Paytaxtın ən nüfuzlu məkanlarından biri olan Hilton Baku Hoteldə Türkiyənin aparıcı ali təhsil müəssisələrinin iştirakı ilə “Türkiyə Universitetləri Təhsil Sərgisi” təşkil edilib. Sərgidə Türkiyənin beynəlxalq reytinqlərdə yer alan, eləcə də regionun ən nüfuzlu universitetləri nümayəndə heyətləri ilə təmsil olunub.

Tədbirin əsas məqsədi Azərbaycanlı abituriyentlərə və tələbələrə Türkiyədə təhsil imkanları, təqaüd proqramları, fakültələr, qəbul şərtləri və beynəlxalq proqramlar barədə birbaşa məlumat təqdim etmək olub. Sərgidə iştirak edən universitetlər abituriyentlərlə fərdi görüşlər keçirib, onları maraqlandıran suallara ətraflı cavablar veriblər.

Sərgidə mühəndislik, tibb, biznes idarəçiliyi, beynəlxalq münasibətlər, incəsənət, kompüter elmləri və digər sahələr üzrə təhsil təklif edən universitetlər öz proqramlarını təqdim ediblər. Bundan əlavə, tələbələr üçün endirimli qəbul şərtləri, erkən qeydiyyat imkanları, ikili diplom proqramları və təqaüd mexanizmləri haqqında ayrıca təqdimatlar keçirilib.

Tədbirə abituriyentlər, valideynlər, təhsil ekspertləri və tədris mərkəzlərinin nümayəndələri böyük maraq göstəriblər. Sərgi çərçivəsində həmçinin Türkiyə-Azərbaycan təhsil əməkdaşlığının genişləndirilməsi, tələbə mübadiləsi və birgə elmi layihələrin perspektivləri barədə müzakirələr aparılıb.

Tədbirin təşkilatçıları bildirib ki, iki ölkə arasında təhsil əlaqələrinin güclənməsi gənclərin inkişafına və gələcək karyera imkanlarının genişlənməsinə mühüm töhfə verir. Gələcəkdə bu tip sərgilərin daim keçirilməsi planlaşdırılır.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan ABŞ şirkəti ilə süni intellekt infrastrukturu yaratmağı müzakirə edib

Next

Günay Ağamalı: “Yerli idarəetmə cəmiyyətin inkişafının ən vacib sütunlarından biridir”

Copyright 2026— Praqraf.com. All rights reserved