Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 9
  • ABŞ-nin hegemonluq erası bitir: Dünya yeni güc mərkəzləri axtarır?! – ŞƏRH

ABŞ-nin hegemonluq erası bitir: Dünya yeni güc mərkəzləri axtarır?! – ŞƏRH

admin 09 Aprel 2026 3 minutes read
IMG-20260409-WA0007
PAYLAŞIN:

ABŞ-nin beynəlxalq siyasətdəki mövqeyi dəyişən qlobal reallıqlar fonunda yenidən qiymətləndirilir. Son illərdə geosiyasi gərginliklərin artması, regional qarşıdurmalar və böyük güclər arasında iqtisadi rəqabətin dərinləşməsi Vaşinqtonun gələcək strateji xəttini diqqət mərkəzinə gətirib. ABŞ-nin prioritetləri təhlükəsizlik, enerji marşrutları, iqtisadi təsir arealının genişləndirilməsi və müttəfiqlərlə münasibətlərin yenilənməsi kimi sahələri əhatə etsə də, bu siyasət müxtəlif regionlarda ciddi narazılıqlara səbəb olur.

Bəs ABŞ-nin gələcək geosiyasi istiqamətləri nəyi vəd edir və bu kurs beynəlxalq güc balansını necə dəyişə bilər?

Politoloq Tural İrfan “Paraqraf.com”a açıqlamasında bildirib ki, ABŞ hələ də təkqütblü dünya nizamını saxlayacağına inanır:

“ABŞ-nin siyasəti hegemonluq üzərində qurulub. Xüsusən Yaxın Şərq ölkələrinin təbii sərvətləri üzərində istila modeli tətbiq olunur. İran məsələsinin kökündə isə İsrail faktoru dayanır. İranın nüvə silahı yaratmaq iddiası bəhanə kimi istifadə edilir. ABŞ–İsrail tandemi bölgə ölkələri üçün real təhlükə yaradır və beynəlxalq ictimaiyyət buna açıq narazılıq sərgiləyir. İran üzərində tam qələbənin əldə olunmaması da məhz bu narazılıqlardan irəli gəlir”.

Onun sözlərinə görə, Vaşinqton artıq özü üçün sərt reallıqla üz-üzə qalıb:

“Çin və Rusiya faktoru qarşısında geri çəkilməyə məcburdur. ABŞ-nin apardığı xətt mahiyyətcə Rusiyanın imperiya siyasətindən fərqlənmir – yalnız metod dəyişir. Qlobal hökmranlıq uğrunda mübarizə gedir. ABŞ-nin nüfuz itirməsinin əsas səbəbi İsrailin təhlükəli planlarını açıq şəkildə dəstəkləməsidir. Yaxın Şərqin yenidən bölüşdürülməsinə xidmət edən ‘Böyük İsrail’ layihəsinə verdiyi dəstək ABŞ-ni dünyanın gözündə zərərsizləşdirir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 38 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Medianın İnkişafı Agentliyində Qazaxıstan Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib – FOTOLAR
Next: MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.