Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 8
  • Qalib Qasımov: “Mədəniyyət tədrisini yalnız kitabla məhdudlaşdıran universitet gələcəyi yetişdirə bilməz”

Qalib Qasımov: “Mədəniyyət tədrisini yalnız kitabla məhdudlaşdıran universitet gələcəyi yetişdirə bilməz”

admin 08 Aprel 2026 4 minutes read
IMG-20260408-WA0003
PAYLAŞIN:

Ali təhsil müəssisələri təkcə peşəkar kadrların hazırlanması ilə kifayətlənmir, həm də cəmiyyətin mədəni və mənəvi inkişafında mühüm rol oynayır. Bu baxımdan mədəniyyət fənlərinin tədrisi tələbələrin dünyagörüşünün formalaşmasına, milli dəyərlərin qorunmasına və qlobal mühitə uyğunlaşmasına təsir göstərən vacib bir sahədir. Müasir dövrdə dəyişən sosial və texnoloji reallıqlar mədəniyyət təhsilinə yeni yanaşmalar tələb edir. Artıq bu sahədə ənənəvi metodlarla yanaşı, interaktiv, yaradıcı və rəqəmsal yanaşmaların tətbiqi qaçılmazdır.

Maraqlıdır, ali təhsildə mədəniyyət tədrisi daha çox nəzəri biliklər üzərində qurulmalıdır, yoxsa praktik və interaktiv metodlar önə çıxmalıdır?

Sənətşünas alim, müəllim, mədəniyyət üzrə ekspert, Contemporary Baku şirkətinin direktoru Qalib Qasımov “Paraqraf.com”a açıqlamasında bildirib ki, bu məsələ bu gün ali təhsil sisteminin qarşısında duran ən aktual problemlərdən biridir:

“Ali təhsildə mədəniyyətin tədrisi heç vaxt “nəzəriyyə, yoxsa praktika?” dilemması qarşısında qalmamalıdır. Çünki həm təhsil, həm də mədəniyyət canlı bir orqanizm kimidir. Elmi yalnız kitablardan öyrənmək ruhsuz bir skeleti incələməyə bənzəyirsə, nəzəriyyəsiz praktika da kökü olmayan ağaca oxşayır. Bu iki yanaşmaya inteqrativ şəkildə baxanda aydın olur ki, nəzəri biliklər tələbəyə səbəb-nəticə əlaqələrini anlamağa, konteksti dərk etməyə, milli və bəşəri dəyərləri sintez etməyə imkan yaradır. Praktik və interaktiv metodlar isə təhsilalanı passiv dinləyicidən aktiv iştirakçıya çevirir, onu prosesin bir parçasına çevirir”.

O qeyd edib ki, muzey və emalatxana dərslərinin real mühitdə keçirilməsi tələbələrin estetik zövqünü, müşahidə qabiliyyətini və emosional intellektini formalaşdırır:

“Universitet yalnız məlumat ötürən bir qurum deyil, həm də mədəniyyət laboratoriyası olmalıdır. Biz gənclərə yalnız ‘mədəniyyət nədir?’ sualının cavabını öyrətməməliyik, onları ‘mədəniyyəti necə yaşatmaq və inkişaf etdirmək olar?’ sualı ətrafında düşünməyə sövq etməliyik. Təcrübə göstərir ki, praktika nəzəriyyəni canlandırır. Universiteti bitirən hər bir gənc təkcə biliklə yox, bacarıqla da ayrılmalıdır. Əgər tələbə Nizaminin fəlsəfəsini oxuyursa (nəzəriyyə) və onu müasir instalyasiya və ya rəqəmsal posterlə ifadə edə bilirsə (praktika), deməli məqsədə çatmışıq. Teatrı kağız üzərində izah etmək olar, amma onun canlı enerjisini yalnız səhnədə hiss etmək mümkündür. Rəssamın boya ilə işləməsini təsvir etmək olar, amma rənglərin toxumasını yalnız emalatxanada duyursan. Ali təhsil praktikaya əsaslanan nəzəriyyəni önə çıxarmalı, interaktiv metodları üstün tutmalıdır”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 16 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: UEFA Avropa Liqasının 1/4 final mərhələsi: “Betis” Portuqaliyada “Braqa”nın qonağı olacaq
Next: “Sabah” Çempionlar Liqasında Almaniya təmsilçisi ilə üz-üzə gələcək

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.