Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Netanyahu: ABŞ və İran arasındakı atəşkəs Livana şamil edilmir
DÜNYA

Netanyahu: ABŞ və İran arasındakı atəşkəs Livana şamil edilmir

08 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ və İran arasında müvəqqəti atəşkəs haqqında razılaşmanın Livana şamil edilmədiyini bildirib.

Paraqraf.com xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanasının ABŞ Prezidenti Donald Trampın zərbələrin dayandırılmasını elan etməsindən bir neçə saat sonra yaydığı bəyanatda deyilir.

Bəyanata əsasən, Təl-Əviv Tehranın dərhal boğazları açması, ABŞ, İsrail və region dövlətlərinə qarşı hücumları dayandırması şərti ilə Vaşinqtonun İrana endirilən zərbələri iki həftə müddətinə dayandırmaq qərarını alqışlayır.

Sənəddə həmçinin qeyd olunur ki, İsrail Ağ Evin İranın bir daha ABŞ, İsrail, İranın ərəb qonşuları və bütün dünya üçün nüvə, raket və terror təhlükəsi yaratmamasına yönəlmiş səylərini dəstəkləyir.

Bununla yanaşı, Netanyahunun dəftərxanasından vurğulanıb ki, Amerika tərəfi qarşıdan gələn danışıqlar zamanı bu məqsədlərə nail olmaq niyyəti barədə İsraili məlumatlandırıb.

İki həftəlik atəşkəs rejiminin Livan ərazisini əhatə etmədiyi ayrıca qeyd edilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tramp: İran yenidənqurma prosesinə başlaya bilər

Next

Tramp: ABŞ tam və qəti qələbə qazanıb

Copyright 2026— Praqraf.com. All rights reserved