Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Medianın İnkişafı Agentliyində Qazaxıstan Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib – FOTOLAR
CƏMİYYƏTMANŞET

Medianın İnkişafı Agentliyində Qazaxıstan Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib – FOTOLAR

08 Aprel 2026 4 Min Read
PAYLAŞIN:

8 aprel tarixində Medianın İnkişafı Agentliyində Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rustam Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edərək, media sahəsində tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bu istiqamətdə qabaqcıl təcrübələrin tətbiqi, media savadlılığı və dezinformasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, informasiya mühitində keyfiyyət və etibarlılığın qorunması, eləcə də müasir çağırışlara uyğun çevik və effektiv mexanizmlərin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rustam Ali müvafiq sahəyə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin təşkili, birgə layihələrin icrası, eləcə də saxta və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizə məsələlərinə diqqət çəkib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və media mühitində dayanıqlı inkişafın təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb.

Qazaxıstan Respublikasının xarici işlər nazirinin müşaviri Alişer Askaroviç Suleymenov bildirib ki, rəqəmsallaşma dövründə media sahəsində koordinasiyalı fəaliyyət və birgə təşəbbüslər daha dayanıqlı və təhlükəsiz informasiya mühitinin formalaşmasına xidmət edir. O, həmçinin qarşılıqlı etimadın artırılması və ortaq kommunikasiya platformalarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

1 / 6

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Stressin öhdəsindən gəlmək üçün ən effektiv üsullar hansılardır? – Psixoloq Açıqlayır

Next

ABŞ-nin hegemonluq erası bitir: Dünya yeni güc mərkəzləri axtarır?! – ŞƏRH

Copyright 2026— Praqraf.com. All rights reserved