Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Makron və Koşta Yaxın Şərqdəki münaqişə tərəflərini razılaşmalara riayət etməyə çağırıblar
DÜNYA

Makron və Koşta Yaxın Şərqdəki münaqişə tərəflərini razılaşmalara riayət etməyə çağırıblar

08 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Fransa Prezidenti Emmanuel Makron ABŞ və İran arasında atəşkəsi alqışlayıb, Yaxın Şərqdəki münaqişənin bütün tərəflərini gələcək danışıqların aparılması üçün atəşkəs rejiminə tam riayət etməyə çağırıb.

Paraqraf.com-un BFMTV telekanalına istinadən məlumatına görə, o, bu barədə ölkənin müdafiə və güc qurumlarının yüksəkvəzifəli nümayəndələrinin görüşü zamanı bildirib.

“Yaxın vaxtlarda bütün regionda bu razılaşmaya tam riayət olunacağını və Fransanın 2018-ci ildən bəri müdafiə etdiyi danışıqların aparılmasına imkan verəcəyini gözləyirik. Bu danışıqlar İranla bağlı nüvə, ballistik və digər regional məsələləri tənzimləməyə imkan yaradacaq. Biz atəşkəs haqqında razılaşmanın tam şəkildə Livana da şamil olunmasını istəyirik”, – o qeyd edib.

Bundan əlavə, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta da Pakistanın müsbət rolunu qeyd edərək, ABŞ və İran arasında iki həftəlik atəşkəsin əldə olunmasını şərh edib:

“Mən regionda dayanıqlı sülhə nail olmaq üçün bütün tərəfləri onun şərtlərinə riayət etməyə çağırıram. Aİ davam edən səyləri dəstəkləməyə hazırdır və regiondakı tərəfdaşlarla sıx əlaqələr saxlayır. Pakistana və bu razılaşmaya yardım etməyə cəlb olunmuş bütün digər tərəflərə təşəkkür edirəm”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısındakı silahlı insidentlə bağlı daha bir nəfər həbs edilib

Next

Çinin vasitəçiliyi ilə Əfqanıstan-Pakistan danışıqlarında irəliləyiş əldə olunub

Copyright 2026— Praqraf.com. All rights reserved