Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/SEPAH Səudiyyə Ərəbistanı, BƏƏ və İsraildəki obyektlərə zərbələr endirib
DÜNYA

SEPAH Səudiyyə Ərəbistanı, BƏƏ və İsraildəki obyektlərə zərbələr endirib

07 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və onun müttəfiqlərini təhdid edib.

Bu barədə Paraqraf.com İran KİV-nə istinadən xəbər verir.

“ABŞ və onun müttəfiqlərinin regionda uzun illər boyu neft və qazdan məhrum olması üçün ABŞ və tərəfdaşlarının infrastrukturunu dağıdacağıq”, – SEPAH-ın bəyanatında bildirilib.

Həmçinin, SEPAH ABŞ və İsrailin İranın neft-kimya sənayesinə və digər infrastrukturuna endirdiyi zərbələrə cavab olaraq Yaxın Şərqdəki bir sıra obyektlərə dronlarla kütləvi zərbələrin endirildiyini açıqlayıb.

İran tərəfinin iddiasına görə, zərbələr İsraildə Dimona yaxınlığındakı neft-kimya sənayesinin enerji qurğusuna və yanacaq anbarına, “Cəbəl-Əli” limanındakı (BƏƏ) ABŞ Hərbi Dəniz Qüvvələrinin Təmir və texniki xidmət mərkəzinə, eləcə də Küveytdəki “Əhməd əl-Cabir” aviabazasında radiolokasiya sistemlərinə və ABŞ hərbçilərinin yerləşdiyi obyektlərə endirilib.

“Al Jazeera” telekanalı bildirib ki, SEPAH Səudiyyə Ərəbistanının Cübail regionundakı neft-kimya obyektlərinə zərbələr endirmək üçün raketlər və pilotsuz uçuş aparatları istifadə edib.

İran tərəfinin məlumatına görə, hücumlar İsrailin Şirazdakı neft-kimya kompleksinə endirdiyi əvvəlki zərbələrə cavab olub.

SEPAH bəyan edib ki, “Sadra”, “ExxonMobil” və “Dark Chemical” da daxil olmaqla, ABŞ şirkətləri ilə əlaqəli obyektlər də hədəf olub.

Bundan əlavə, korpusun iddiasına görə, ABŞ şirkəti “Shourdan Phillips”ə məxsus Əl-Xuvaymədəki neft-kimya kompleksinə zərbələr endirilib.

İran hakimiyyəti daha əvvəl xəbərdarlıq etmişdi ki, ölkənin enerji və infrastruktur sisteminə hücumlar olacağı təqdirdə, regiondakı analoji obyektlərə cavab zərbələri endiriləcək.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya ordusu Nikopolda avtobusu dronla vurub, ölənlər və yaralananlar var

Next

Perm diyarında məktəblinin bıçaqladığı müəllim ölüb

Copyright 2026— Praqraf.com. All rights reserved