Bu ilin I rübündə Azərbaycanın xəzinədarlıq orqanları 265 mindən çox ödəniş tapşırığı icra edib.
Paraqraf.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, yanvar-mart aylarında icmal büdcənin gəlirləri 8 milyard 852,6 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % az), xərcləri 9 milyard 43,6 milyon manat (0,2 % az), o cümlədən dövlət büdcəsinin gəlirləri 9 milyard 599 milyon manat (1 il əvvələ nisbətən 1,4 % az, proqnozdan 5 % çox), xərcləri 7 milyard 817,1 milyon manat (1 il əvvələ nisbətən 3,7 %, proqnozdan 2,4 % az) təşkil edib.
Son nəticədə icmal büdcədə 191 milyon manat kəsir (ötən ilin eyni dövründə profisit olub), dövlət büdcəsində 1 milyard 781,9 milyon manat profisit (illik müqayisədə 10,1 % çox) yaranıb.
Paraqraf.com
![]()
