Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 6
  • Yüz dəfə qan verən donor: İnsanlara böyük ümid verirəm – MÜSAHİBƏ

Yüz dəfə qan verən donor: İnsanlara böyük ümid verirəm – MÜSAHİBƏ

admin 06 Aprel 2026 5 minutes read
17754791074921559057_1200x630
PAYLAŞIN:

Ölkəmizdə bu yaxınlarda 100-cü dəfə qan donoru olan Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsulov AZƏRTAC-ın suallarını cavablandırıb. O, qan donorluğunun əhəmiyyətindən, 100-cü dəfə qan verməsindən, qanvermənin sağlamlığa faydalarından danışıb.

Həmin müsahibəni təqdim edirik:

– Fuad müəllim, 100-cü dəfə qan donorluğu etmisiniz. İlk dəfə nə zaman qan vermisiniz və bu, hansı zərurətdən irəli gəlib?

– İlk dəfə tələbəlik illərində qanvermədə iştirak etmişəm. Həmin vaxt peşəkar idmanla məşğul olurdum. Fiziki cəhətdən sağlam olsam da, məni narahat edən kəskin başağrılarım olurdu. Səbəbini tam izah edə bilmirdim, amma bu hal həyat keyfiyyətimə təsir edirdi. Bir gün qanvermə aksiyasının təşkil olunduğunu eşitdim və könüllü həmin tədbirə qatıldım. Həmin gün həyatımda dönüş nöqtəsi oldu. O gündən sonra məni narahat edən baş ağrıları tədricən kəsildi. Bəlkə tibbi izahı var, bəlkə də təsadüf idi, mən bunu həm fiziki, həm də mənəvi bir yenilənmə kimi qəbul etdim. Sonra artıq bu proses mənim üçün həyat tərzinə çevrildi. Düşündüm ki, əgər həm öz sağlamlığıma faydası varsa, həm də qan verməyim tanımadığım bir körpənin, ananın, ailənin sevincinə səbəb olursa, bundan gözəl nə ola bilər? İnsan bəzən böyük işlər görmək istəyir, amma imkanları məhdud olur. Qan donorluğu isə hər kəsin edə biləcəyi ən real və konkret xeyirxahlıq addımıdır. Ən çox sevindiyim məqam odur ki, tanımadığım bir insanın həyatında kiçik də olsa, ümid işığı ola bilirəm. 100-cü dəfə qan verərkən düşündüm ki, bu yolda hər dəfə addım atmaqla insanlara böyük ümid verirəm.

– Qan verəndən sonra özünüzü necə hiss edirsiniz və bu sizin sağlamlığınıza necə təsir göstərir?

– Hər dəfə qanvermədən sonra özümü daha yüngül və rahat hiss edirəm. Bu, təkcə fiziki deyil, mənəvi yüngüllükdür. Sanki insanın daxilindəki yük azalır. Sağlamlıq baxımından da müntəzəm tibbi nəzarət altında olmaq, analizlərin aparılması insanı daha diqqətli edir. Qan donorluğu, eyni zamanda, insanı sağlam həyat tərzinə sövq edir. Çünki bilirsən ki, sağlamlığın kiminsə həyatı deməkdir.

– Qan verdiyiniz hansısa bir şəxslə sonradan tanış olmusunuzmu və bu təmas sizdə hansı hisslər oyadıb?

– Bəli, belə bir hal olub və o hissi sözlə ifadə etmək çox çətindir. Mən həmin şəxslə, daha doğrusu, onun valideyni ilə təbliğat-təşviqat xarakterli tədbirdə tanış oldum. O zaman həmin uşağın 8 yaşı var idi. Balaca, utancaq, amma gözlərində qəribə bir işıq olan bir uşaq…Tədbirimizdə onun əl işlərindən ibarət sərgi də təşkil olunmuşdu. Mən o rəsmlərə, əl işlərinə baxdıqca düşünürdüm ki, insanın içindəki həyat eşqi necə də güclü ola bilər. Onun hər xəttində, rəngində yaşamaq arzusu var idi. Bu gün həmin uşaq artıq 25 yaşında olan gəncdir. O, ailə qurub, həyatını, gələcəyini inşa edir. Hər dəfə mənə “dayı” deyə müraciət edəndə içimdə izaholunmaz bir duyğu baş qaldırır. O məni doğma dayısı kimi sevir. Bu sevgi qan qohumluğu deyil, bəlkə də, qan vasitəsilə qurulmuş mənəvi qohumluqdur.

– Fuad müəllim, qan verməyin əhəmiyyəti ilə bağlı vətəndaşlara nə tövsiyə edərdiniz?

– Bu suala cavab verərkən şəxsi həyatımın ən ağır və həssas dövrünü bölüşmək istəyirəm. 800 qram çəkidə dünyaya gələn kiçik oğlum üçün qana ehtiyac var idi. Aylarla xəstəxanalarda qaldıq. Nəhayət, onun üçün donor tapıldı. Həmin vaxt insan həyatının bir andan asılı olduğunu gördüm. Xüsusilə körpələr üçün qanın necə böyük əhəmiyyət daşımasının canlı şahidi oldum. O günlər mənə bir daha sübut etdi ki, qan donorluğu sadəcə xeyriyyəçilik deyil, eyni zamanda, həyat məsələsidir.

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri və donor kimi illərdir qan donorluğu mədəniyyətinin inkişafı üçün çalışırıq. Respublika Qan Bankının dəstəyi ilə çoxsaylı aksiyalar, maarifləndirici tədbirlər təşkil etmişik və bu gün də davam etdiririk. İnsanlara demək istəyirəm ki, qorxmasınlar, tərəddüd etməsinlər, bir addım atsınlar. Sizin qərarınız bir ailənin sevincinə səbəb ola bilər. Həmrəy olaq, qanımızla yaşadaq.

Loading

Visited 15 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Gəncədə evinin dam örtüyünü təmir edən şəxs yıxılaraq ölüb
Next: Hikmət Hacıyev WUF13 çərçivəsində Gəncə ilə bağlı video paylaşıb

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.