Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Bakıda yeni ictimai nəqliyyat xətti açıldı: Tramvay layihəsi də gündəmdədir
MANŞETÖZƏL

Bakıda yeni ictimai nəqliyyat xətti açıldı: Tramvay layihəsi də gündəmdədir

06 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Son illər paytaxtda avtomobillərin sayının artması və ictimai nəqliyyatda yaranan sıxlıq sakinlərin gündəlik həyatını çətinləşdirən əsas problemlərdən birinə çevrilib. Xüsusilə pik saatlarda müşahidə olunan tıxaclar və gecikmələr həm vaxt itkisinə, həm də əlavə stressə səbəb olur.

Bu fonda bu gündən etibarən şəhərdə yeni ictimai nəqliyyat xətti istifadəyə verilib. Səlahiyyətli qurumların bildirdiyinə görə, yeni marşrut əsasən ən çox yüklənmiş istiqamətləri əhatə edəcək və sərnişin axınının balanslaşdırılmasına kömək edəcək.

Bəs bu yenilik mövcud problemi həqiqətən aradan qaldıra biləcək, yoxsa sadəcə müvəqqəti həll kimi qalacaq?

Nəqliyyat eksperti Paraqraf.com-a açıqlamasında bildirib ki, hazırda ölkədə ictimai nəqliyyat sistemi əsasən metro və avtobuslardan ibarətdir:

“Ölkədə ictimai nəqliyyatın yenidən inkişafı prosesi mərhələli şəkildə tənzimlənir. Xəttə buraxılan avtobusların sayı artırılır, xaricdən ekoloji cəhətdən təmiz yeni avtobuslar alınır. Eyni zamanda, bu nəqliyyat vasitələrinin ölkə daxilində istehsalı ilə bağlı da işlər aparılır. Metropoliten üzrə isə yeni stansiyalar tikilir, qatarların sayı artırılır. Qatarlar arasındakı intervalın azaldılması sərnişinlərin daha operativ daşınmasına xidmət edir.”

Ekspert əlavə edib ki, gələcək planlara tramvay xəttinin çəkilməsi də daxildir:

“Hazırda əsas yük metro və avtobusların üzərinə düşür. Buna görə də Bakıda və ətraf ərazilərdə avtobuslara tələbatın artması təbiidir. Zəruri istiqamətlər üzrə yeni marşrutların açılması müsbət addımdır və əhalinin rahatlığına xidmət edir. Özəl daşıyıcı şirkətlər avtobus parklarını yenilədikcə bu problemlər mərhələli şəkildə aradan qalxacaq.”

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Şəki” Azərbaycan Basketbol Liqasında pley-offa yüksəlib

Next

SEPAH ABŞ gəmisinə zərbə endirib

Copyright 2026— Praqraf.com. All rights reserved