Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Premyer Liqa: Bu gün turnir cədvəlində qonşu olan komandalar üz-üzə gələcək
İDMAN

Premyer Liqa: Bu gün turnir cədvəlində qonşu olan komandalar üz-üzə gələcək

05 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Misli Premyer Liqasında XXVI tura bu gün keçiriləcək iki görüşlə start veriləcək.

Paraqraf.com xəbər verir ki, birinci oyun günündə turnir cədvəlində qonşu olan komandalar qarşılaşacaqlar.

İlk matçda “Kəpəz” və “Qəbələ” kollektivləri üz-üzə gələcəklər.

Aşağı pillələri yaxından maraqlandıran qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:30-da başlayacaq.

Mövsümün ilk iki dövrəsində tərəflər hərəyə 1 dəfə qələbə qazanıblar. “Kəpəz” 21 xalla 10-cu, “Qəbələ” 16 xalla 11-ci sırada yer alıb.

İkinci görüşdə isə “Sumqayıt” və “Neftçi” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Sonuncu qələbəsini 7 tur əvvəl qazanan “gənclik şəhəri” təmsilçisi doğma meydanda avrokuboklara iddia edən Bakı kollektivini üstələməyə çalışacaq. Bu matç saat 18:00-da start götürəcək.

“Neftçi” və “Sumqayıt” komandaları müvafiq olaraq 6-cı və 7-ci pillələrdə yer alıblar. “Ağ-qaralar”ın 37, Sumqayıt kollektivinin isə 32 xalı var.

Misli Premyer Liqası

III dövrə, XXVI tur

5 aprel

15:30. “Kəpəz”– “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev.

VAR: Elvin Bayramov.

AVAR: İnqilab Məmmədov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Yevlax şəhər stadionu

18:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Arsenal” “Sautqempton”a məğlub olaraq İngiltərə Kubokunu tərk edib

Next

Yeniyetmə cüdoçular arasında Avropa Kuboku bu gün başa çatacaq

Copyright 2026— Praqraf.com. All rights reserved