Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Alman səyyah əcdadlarının Azərbaycanda inşa etdiyi şəhəri tapıb
SİYASƏT

Alman səyyah əcdadlarının Azərbaycanda inşa etdiyi şəhəri tapıb

05 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Alman səyyahlardan biri Azərbaycanda onun əcdadları tərəfindən inşa olunan şəhəri tapıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Bir alman səyyah əcdadlarının 200 ildən çox əvvəl Azərbaycanda inşa etdiyi şəhəri tapıb”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, söhbət Göygöl (keçmiş Helenendorf) şəhərindən gedir. Belə ki, bu şəhəri 1819-cu ildə Almaniyanın Vyutenburq knyazlığından köçən kolonistlər inşa ediblər. Göygöl şəhərindəki əsas alman abidələrindən biri Müqəddəs İohann Lüteran Kilsəsidir (Kirxa). Bu kilsə 1854-cü ildə inşa edilib və Azərbaycanın ilk lüteran kilsələrindən biridir. Hazırda kilsə binasında Göygöl rayon Tarix-Diyarşünaslıq muzeyi fəaliyyət göstərir.

Bundan başqa, şəhərin mərkəzində XIX əsrə aid 300-dən çox alman evi qalmaqdadır.

Göygöldə yaşamış sonuncu alman Viktor Klayna məxsus olan tarixi ev də qorunur. Şəhərdə alman mühacirlər tərəfindən yaradılmış qəbiristanlıq hələ də mövcuddur. Bu abidələr kompleks şəkildə Azərbaycanın multikulturalizm tarixini əks etdirir və Helenendorf dövrünün izlərini daşıyır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu baş verib, hərəkət məhdudlaşdırılıb

Next

Gəncədə xəstəxanaya verilən 13 yaşlı qız uşaq müəssisəsinə yerləşdiriləcək

Copyright 2026— Praqraf.com. All rights reserved