Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı, Xerson, Xarkov və Dnepropetrovsk vilayətlərinə hücum edib, nəticədə 5 nəfər ölüb, 50 nəfər yaralanıb.
Paraqraf.com-un Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, ötən sutka ərzində Rusiya qoşunları müxtəlif tipli pilotsuz uçuş aparatlarından və idarə olunan aviabombalardan istifadə etməklə Xarkova və vilayətin 11 yaşayış məntəqəsinə zərbələr endirib.
Hücumlar nəticəsində 4 nəfər ölüb, aralarında bir uşaq olmaqla daha 11 nəfər yaralanıb.
Paraqraf.com
![]()
