Bakı Dövlət Sirki tamaşaçılar üçün maraqlı və unudulmaz proqramlardan biri olan “Səmaya yüksələnlər” şousunun son nümayişini elan edib.
Paraqraf.com-un məlumatına görə, tamaşa 4 aprel tarixində son dəfə səhnəyə qoyulacaq. Rəngarəng akrobatik çıxışlar, heyvanlarla nömrələr və sirk ustalarının peşəkar performansları ilə yadda qalan proqram izləyicilərə son dəfə təqdim olunacaq.
Təşkilatçılar bildirir ki, bu, tamaşanı izləmək üçün son şansdır və maraqlananlar biletləri əvvəlcədən əldə etməlidirlər. Biletlər ticket.az platforması vasitəsilə satışdadır.
Qeyd edək ki, “Səmaya yüksələnlər” şousu ailəvi istirahət üçün nəzərdə tutulub və müxtəlif yaş qrupları üçün maraqlı səhnə nömrələrini özündə birləşdirir.
Paraqraf.com
![]()
