Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Quliyeva Leyla Araz qızı Çin Xalq Respublikasında doktorantura təhsilini uğurla başa vurub.
Paraqraf.com xəbər verir ki, Leyla Quliyeva Wuhan şəhərində yerləşən Huazhong University of Science and Technology universitetinin Dövlət İdarəçiliyi fakültəsində təhsil alaraq məzun olub.
Quliyeva Leyla Araz qızı idarəetmə ixtisası üzrə, xüsusilə elektron hökumət (e-government) istiqaməti üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb.
Qeyd edək ki, bu nailiyyət onun dövlət idarəçiliyi sahəsində peşəkar fəaliyyətinə və elmi potensialına mühüm töhfə hesab olunur.
Paraqraf.com
![]()
Visited 8 times, 1 visit(s) today
